Qəbələdə “Toyota” dərəyə sürüşmək təhlükəsi ilə üzləşdi

Qəbələ rayonunun Laza kəndində yolun qarlı-buzlu olması səbəbindən “Toyota” markalı minik avtomobilinin dərəyə sürüşmə təhlükəsi yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, sürücü və sərnişinin soyuq hava şəraitində köməksiz vəziyyətdə qalması ilə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə сəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR