Gecə tövləyə girən fermer qışqırmağa başladı: Möcüzə… /

Hindistanda dünyaya gələn 3 gözlü buzov ölkədə böyük maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, fermer gecə tövləyə girəndə 3 gözlü buzovu görəndə olduqca həyəcanlanıb. “Möcüzə” deyərək qışqıran fermer, ilk dəfədir belə hadisə ilə üzləşdiyini ifadə edib. Fermer bildirib ki, buzov hinduizmin ən qədim tanrılarından olan Şivanın reenkarnasiyasıdır. Fermer heyvanın Şivanın ruhunu daşıdığını irəli sürür. Buzov təkcə fermer tərəfindən deyil yerli sakinlər tərəfindən də möcüzə kimi qəbul olunur. Sakinlər onu ilahi varlıq adlandırır.

Qeyd edək ki, Hindistanda inək müqəddəs hesab olunduğu üçün 3 gözlü buzovun dünyaya gəlməsi belə böyük rezonans doğurub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR