Ötən il Azərbaycanda 41 milyondan çox tibbi maska istehsal edilib

Ötən il Azərbaycanda 41,8 milyon tibbi maska istehsal edilib.

Metbuat.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən illə müqayisədə 145,6 % çoxdur.

Bu ilin yanvar ayının 1-nə ölkədə 2,9 milyon ədəd hazır məhsul ehtiyatı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR