Azərbaycan neftinin qiyməti 90 dolları

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,8 % artıb.

Metbuat.az xəbər verir ki, bununla da Azərbaycan neftinin 1 barelinin qiyməti 90,56 ABŞ dollarına çatıb.

Qeyd edək ki, ötən gün “Brent” markalı neftin bir bareli 89,56 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR