Ermənilərdən qədim türk içkisini özünküləşdirməyə cəhd -

Ən əski köçəri xalq sayılan türklərin milli içkisi olan qımızı ermənilər özünküləşdirməyə cəhd ediblər.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində istifadəçilərdən biri Asiya çöllərində yaşayan qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içki sayılan qımızı "erməni milli içkisi" kimi təqdim edib.


Qeyd edək ki, türklərdən və türklərin buyruğu altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V.Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". Qımız madyan südünün turşudulması yolu ilə əldə edilir. Maya kimi ya qımızdan, ya da pendir mayasından istifadə edirlər. Əvvəlcə maya at dərisindən hazırlanmış tuluğa və ya palıd çəlləyinə tökülür. Üzərinə təzə sağılmış madyan südü əlavə edilərək bişkek adlanan ağacla yarım saat qarışdırılır. Əməliyyat bitdikdən sonra 3-4 saat fasilə edilir. Fasilədən sonra tuluğa təzə sağılmış süd əlavə edilərək qarışdırılır və 7-8 saat yenə istirahətə qoyulur. Bu müddətdən sonra yenidən təzə sağılmış madyan südü əlavə edilir və qarışdırılır. Bundan sonra içki bütün gecəni fasilədə qalır. Səhər qımız artıq hazır olur.

Görünür həyasız qonşumuzun tarix səhifələrində adı çəkilən bu qədim içki barədə ya xəbəri yoxdur, ya da yenə oğru peşəsinə davam etməklə nəsə qazanacaqlarına ümid edirlər.

Metbuat.az həmin fotonu təqdim edir:

Aidə Fətəliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR