​Fevralın 2-də Türkiyə ilə Ermənistan arasında səfərlər başlayacaq

Fevralın 2-dən etibarən Türkiyə ilə Ermənistan arasında təyyarə reyslərinin həyata keçirilməsinə başlanılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. Bildirilib ki, İstanbuldan İrəvana reyslər "Pegasus" aviaşirkəti tərəfindən həftədə üç dəfə həyata keçiriləcək. Ermənistanın "FlyOne" şirkəti də İstanbul və İrəvan arasında həftədə 3 dəfə uçuşlar təşkil edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR