Ərdoğan Putin və Zelenskiyə təklif irəli sürdü

Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenskini Türkiyəyə dəvət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın açıqlama verib. O bildirib ki, Ankara tərəflər arasında gərginliyi aradan qaldırmaq üçün əlindən gələni edəcək.

Kalın bildirib ki, Türkiyənin hər iki ölkə ilə dostluq əlaqələri var. Sözçü Rusiya və Ukraynanın təklifə necə cavab verdiyini açıqlamayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR