Nazarbayevin ömürlük sədrliyi ləğv edildi

Keçmiş prezident Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına və ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etmək hüququ ləğv edilib.

Metbuat.az xəbər verir ki, parlament bu barədə qanunvericiliyə düzəlişi təsdiq edib.

Qeyd edək ki, iki həftə əvvəl baş verən ixtişaşlardan sonra Nazarbayev Təhlükəsizlik Şurasının sədri postunu prezident Kasım-Jomart Tokayevə təhvil verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR