Ukraynaya silah daşınır

Son iki gün ərzində Böyük Britaniya Ukraynaya 900 ədəd tank əleyhinə idarəolunan raket göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Silahlar hərbi təyyarələrlə daşınıb. Bu arada, Rusiyanın ABŞ-dakı diplomatik missiyası Ukraynaya silah göndərilməsi ilə bağlı çağırış edib. Açıqlamada bildirilir ki, ABŞ həqiqətən Ukrayna ilə bağlı məsələdə diplomatik səyləri dəstəkləyirsə, onda Ukraynaya silah tədarükünü dayandırmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR