"İlk avtobuslar Şuşa və Ağdama yola düşəcək" -

"Yanvarın 24-də Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində avtobuslar yola salınacaq".

Metbuat.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, avtobuslar səhər 06:30-da yola çıxacaq: "Şuşaya gedən avtobusda 47, Ağdama gedən avtobusda 43 sərnişin yeri var. İlk həftədə Şuşa istiqamətində 6 avtobus, Ağdam istiqamətində 4 avtobus hərəkət edəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR