Ötən il idmançılarımız 500-dən çox medal qazanıb

2021-ci ildə Azərbaycan idmançıları 500-dən çox medal qazanıb.

Metbuat.az xəbər verir ki, ötən il dünyada keçirilmiş 182 beynəlxalq yarışda Azərbaycanın yığma komandalarının iştirakı təmin olunub.

Bu dövr ərzində idmançılarımız tərəfindən olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 179 qızıl, 147 gümüş və 193 bürünc olmaqla, ümumilikdə 519 medal əldə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR