Ukrayna problemini həll etmək üçün yollar axtarırıq -

“Ukraynadakı problemə Almaniya ilə birgə Normandiya formatında həll yolu axtarırıq”.

Metbuat.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron belə açıqlama verib. O bildirib ki, problemin həlli üçün dialoqun qurulması vacibdir. “Manipulyasiyalara və müdaxilələrə qarşı dürüst, tələbkar dialoq olmalıdır” deyən Makron bildirib ki, məsələnin həlli üçün yeni çıxış yolları axtarılır. “Avropa gələcək həftələrdə “sabitlik və təhlükəsizlik” strategiyası hazırlamalı və bunu Rusiyaya təqdim etməlidir”- deyə Makron bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR