Rusiyada son sutkada 38 mindən çox insan koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 38 850 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 10 865 512 nəfərə çatıb.

Son sutka ərzində 684 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 322 678 nəfərə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR