Azərbaycanda ötən il büdcə kəsri proqnozdan az olub

2021-ci il dövlət büdcəsinin kəsiri 3116,0 mln. manat proqnozlaşdırılsa da faktiki kəsir 1017,0 mln. manat təşkil etməklə proqnoza qarşı 2099,0 mln. manat və ya 67,4 faiz az olub.

Maliyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, büdcə kəsirinin ümum daxili məhsula nisbəti 1,1 faiz (proqnoza nisbətən 2,7 faiz-bənd az) təşkil edib.

Bildirilir ki, kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (346,6 mln. manat), daxili və xarici borclanma (557,7 mln. manat) və dövlət əmlakının özəlləşdirməsindən (112,7 mln. manat) daxil olan vəsait hesabına həyata keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR