​Rusiya Belarusa S-400 sistemlərinin iki divizionunu göndərdi

Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinin iki divizionunu Belarusa göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sistemlər Xabarovsk vilayətindən qatarla göndərilib. Rusiya mənbələrinin məlumatına görə, təlim keçirilən bölgələrdə rus hərbçilər Belarusla Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində fəaliyyət göstərəcək və döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR