Britaniya səfiri: "Azərbaycanın prioritetlərini dəstəkləyirik"

“Britaniya Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır".

Metbuat.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter hesabında yazıb.

Britaniyalı diplomat Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi münasibətilə təbrik edib.

“Biz Azərbaycanın silahlara nəzarət və Qadınlar Sülh və Təhlükəsizlik üzrə prioritetlərini dəstəkləyirik. Azərbaycanın Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik”, deyə - səfir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR