Tövlənin yanından keçən qadın eşitdiklərindən ŞOKA DÜŞDÜ: Fermerin dedikləri... -

Türkiyənin Kayseri vilayətində maraqlı hadisə baş verib.

Metbuat.az Türkiyənin Sabah qəzetinə istinadən xəbər verir ki, S.T adlı yerli fermer Fatma adını qoyduğu inəklərinə tövlədə xoş sözlər deyib. “Canım Fatma, bitanəm Fatma səni yeyərəm” deyən fermerin sözlərini, tövlənin yaxınlığındakı yoldan keçən Fatma adlı qadın eşidib. Qadın, fermerin ona “söz atdığını” güman edərək qəzəblənib. Qadın qonşudakı rəfiqəsinə baş verən hadisəni danışıb və bu barədə ərinə şikayət edəcəyini ifadə edib.

Lakin inəyin adının Fatma olduğundan xəbərdar olan rəfiqə, həqiqəti ona izah edib. O bildirib ki, fermer inəklərini çox istədiyi üçün xoş sözlərlə onların nazını çəkir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR