İran Türkiyəyə qaz tədarükünü bərpa etdi

İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Shana" xəbər agentliyi məlumat yayıb. Yanvarın 19-da yaranan və bununla əlaqədar qazın 10 gün müddətinə dayandırılmasına qərar verilən texniki nasazlıqlar aradan qaldırılıb.

Qeyd olunur ki, yanvarın 17-də İrandan Türkiyəyə qaz nəqli gündəlik müqavilə həcminin üçdə birinə endirilib. İran Tengiz-Ankara qaz kəməri ilə Türkiyəyə orta hesabla ildə 10 milyard kubmetr qaz verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR