Bakı-Şamaxı yolunda iki maşın toqquşub, bir nəfər ölüb

09:47 19 Yanvar 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 09:45 ]

Bakı – APA. Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində "Mercedes" və "Niva" markalı minik avtomobilləri toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Niva"nın sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR