Mübariz Mənsimov ailəsindən DANIŞDI:

Tanınmış iş adamı Mübariz Mənsimov ailəsi barəsində video paylaşıb.

Metbuat.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşdığı görüntülərə şərh olaraq Mənsimov valideynlərinin bir-birinə olan sevgisi barəsində fikirlərini belə qeyd edib.

"Həyatda əsl “həyat yoldaşı"nın nə olduğunu, sevginin, sədaqətin və evliliyin qiymətini sizdən öyrəndim. Atam və anamdan. 62 ildir ki, bərabərdilər, 62 ildir ki, bir-birinin əlini tutub eyni yastığa baş qoyurlar. 9 övlad dünyaya gətirdi. Əziyyətlə böyütdülər bizi.

Onların sayəsində həqiqi sevginin varlığını anladım. İllər keçsə də, münasibətləri dəyişmədi. Bərabər yaşlanmaq onların münasibətlərinə zərər vermədi. Əksinə bir az daha onları gücləndirdi. Bir birlərinə olan sevgi və hörmət hələ də üzlərindən oxunur. Onlar sadəcə ər arvad deyil onlar bir-birlərinə dost oldular, həyat yoldaşı oldular. Anamın və atamın sayəsində evliliyin sirrini də bilmiş oldum. Sayqı, səbr, fədakarlıq və sədaqət.

Ata anamın heç bir zaman əlini buraxmadı. İndi də tutub və beləcə anama güc verir. Tez bir zamanda şəfasını alıb ayağa qalxsın. Allah bütün ata və analara can sağlığı versin. Başımızdan əksik olmasınlar".

Metbuat.az həmin görüntüləri təqdim edir:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR