Azərbaycandan karantin müddətinin 14-dən 7 günə endirilməsinin səbəbi

Azərbaycanda bu gündən etibarən test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib.

“Çünki son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi”, - deyə F.Sədirov əlavə edib.

F.Sədirov əlavə edib ki, yeni qərarın verilməsi Omikron ştamı ilə əlaqədardır: "Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR