AZAL-ın İstanbul-Bakı reysi gecikir

İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən AZAL-ın İstanbul-Bakı reysi gecikir.

Metbuat.az xəbər verir ki, bu barədə AZAL-dan Trend-ə bildirilib.

Hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida və alkoqolsuz içki ilə təmin olunacaqlar.

İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan yola düşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR