x
Loading...

UEFA növbəti dəfə "Qarabağ"a ödəniş edib

UEFA növbəti dəfə "Qarabağ" futbol klubuna ödəniş edib.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisinə Konfrans Liqasının qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə 666 000 avro, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-offa vəsiqə qazandığı üçün 325 000 avro və əlavə bonus olaraq 187 200 avro maliyyə vəsaiti ayrılıb.

Ümumilikdə, 1 178 200 avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR