Bakıda uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü -

Xəbər verdiyimiz kimi ötən gün Bakıda uşaqlarını görmək istəyən şəxs döyülərək öldürülüb.

Metbuat.az xəbər verir ki, 4 gün bundan öncə Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında 1980-ci il təvəllüdlü Atakişiyev Ramin Mobil oğlu döyülərək xəsarət almışdı.

Həmin şəxs 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq R.Atakişiyev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Ölən R.Atakişiyevin keçmiş həyat yoldaşı və onun indiki əri tutularaq istintaqa verilib.

Qeyd edək ki, yanvarın 20-də axşam saatlarında Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. R.Atakişiyevi isə Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında onun həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb. Həmin şəxs R.Atakişiyevi bel ilə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR