İl ərzində Azərbaycan görmük orqanları tərəfindən aparılan əməliyyatlar nəticəsində 418 cinayət faktı müəyyən edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı DGK və MEDİA-nın birgə təşkilatçılığı ilə keçirilən təlimdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu faktların 101-i qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 6,3 milyon manat) olub. Belə ki, gömrükçülər ötən il 3 ton 43 kq 507 qram narkotik qaçaqmalçılığının qarşısını alıb.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 56 nəfər: 55 kişi və 1 qadın olmaqla 22 nəfər Azərbaycan vətəndaşı, 34 nəfər əcnəbi (14 İran, 12 Türkiyə, 6 Rusiya, 1 Gürcüstan və 1 Ukrayna vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 3 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.
Bundan əlavə, 2021- ci ildə müəyyən edilən cinayət faktlarının 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal (425 min manatlıq mal), 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olub.
Bu əməllərin törədilməsində şübhəli bilinən 427 nəfərin - 333 Azərbaycan vətəndaşı, 94 əcnəbi barəsində müvafiq tədbirlər görülüb.
Gülər Seymurqızı