Makron Putin və Zelenski ilə telefonla danışacaq

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı telefon danışıqları aparmaq niyyətindədir.

Metbuat.az xəbər verir ki, bu barədə Yelisey sarayında Makron ilə ABŞ və NATO liderləri arasında videokonfransdan sonra bildirilib.

Məlumatda qeyd olunur ki, Fransa Avropada sabitliyi qorumaq üçün bütün diplomatik resurslardan istifadə etmək, həmrəylik nümayiş etdirmək və onların təhlükəsizliyi ilə bağlı narahat olan Aİ ölkələrinə dəstək verməyə hazırdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR