Yaşar Nurinin həyat yoldaşı:

Yaşar Nurinin həyat yoldaşı – İşdən gələndə zarafata deyirdi ki, səndən yaxşısını tapmadım – VİDEO

Metbuat.az xəbər verir ki, ARB TV-nin “O Üz” verilişinin növbəti buraxılışı aktyor Yaşar Nuriyə həsr edilib. Ailə üzvləri, tələbələri və tərəf müqabilləri mərhum aktyor Yaşar Nuridən danışıb. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva üzülərək bildirib ki, həyat yoldaşının həyatını dəyişdiyi an yanında ola bilməyib. O 6 il ərzində xasiyyəti tamam dəyişmişdi.

“Mən o zaman başa düşdüm ki, sevgi nədir. Xasiyyəti çox ağır idi. Nadir hallarda bizimlə zarafat edərdi. Qışqırmağı, kobud rəftarı da olub. İçəri girən kimi bütün işıqları söndürüb, telefonu çıxardırdı. Kaş ki, arabada olardı amma sağ olardı, yanımda olardı. İşdən gəlirdi, zarafata deyirdi ki, səndən yaxşını tapmadım.Onun bir sözü var idi. Həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir. Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim” .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR