Baydendən növbəti QALMAQAL:

ABŞ prezidenti Co Bayden yenə jurnalisti təhqir edib.

Metbuat.az xəbər verir ki, insident dövlət başçısının Ağ Evdə iqtisadi müşavirləri ilə görüşündə yayımlanıb.

Görüşdən əvvəl jurnalistlər Baydendən Ukrayna ətrafındakı vəziyyətlə bağlı sual verməyə başlayıblar. Prezident ona son dövrlər qiymətlər barədə qəbul etdiyi qanunlar barədə deyil də, Rusiya və Ukrayna ilə bağlı sual verilməsindən çox gileylənib.

Sonra "Fox News"un müxbiri Piter Dousi amerikalı liderdən soruşub ki, o inflyasiya ilə bağlı suallara cavab verəcəkmi? Məhz bu sualdan sonra jurnalistlər görüş üçün binadan çıxarılmağa başlayıb. Bayden isə mikrofonunun söndürüldüyünü düşünərək, media otağı tərk edərkən istehza ilə sualın yersiz olduğunu deyərək “axmaq it oğlu” deyə jurnalisti təhqir edib. Qeyd edək ki, Ağ Ev hələlik insidentlə bağlı şərh verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR