x
Loading...

Soyunub çaya girdi sonra dəhşət yaşandı: Tapa bilmirlər - VİDEO

Rusiyanın Leninqrad vilayətində 40 yaşlı qadın “Epiphany” festivalı çərçivəsində donmuş çaya girib.

Metbuat.az xəbər verir ki, əvvəlcə çayın səthindəki buzlar kəsilib. Ardınca qadın suya girib. Lakin o bir neçə saniyə sonra yoxa çıxıb. Hadisə zamanı qadının övladları və həyat yoldaşı da ərazidə olub. Dərhal onun həyat yoldaşı suya girərək, qadını axtarsa da, nəticə olmayıb. Əraziyə cəlb edilən xilasedicilərin də axtarışları nəticə verməyib. Məlumata görə, qadının yoxa çıxmasına səbəb su axını olub. Su axını onu sürükləyib.

Qeyd edək ki, Pravoslav xristianlar “Epiphany” bayramında donmuş göllərə və çaylara girərək, günahlarının təmizlənəcəklərinə inanırlar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR