Kadırov prezident olmaq istəyir? - Kremldən reaksiya

Çeçenistan rəhbəri Ramzan Kadırovun “Putinin yerinə olsaydım, Ukraynanı çoxdan ələ keçirərdim” və digər bu formadakı fikirləri müzakirələrə yol açıb.

Metbuat.az xəbər verir ki, bəzi dairələr onun prezident olmaq arzusunun olduğunu irəli sürüb. Məsələyə aydınlıq gətirən Kadırov bildirib ki, onun belə niyyəti yoxdur. “Çeçenistan mənim yerimdir, özümü heç bir federal vəzifədə təsəvvür etmirəm” - deyə Kadıvor bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiyanın bütün vətəndaşları kimi Ramzan Kadırov da növbəti prezident seçkilərində namizəd ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR