Suriyada vəziyyət dəyişdi: Əsəd hamısını bağışladı

Suriya prezidenti Bəşər Əsəd hökumətə qarşı çıxmış bütün hərbçiləri əhv edib.

Metbuat.az xəbər verir ki, bu barədə dövlət agentliyi məlumat yayıb. Məlumata görə, qərar ölkədən qaçan suriyalı hərbçiləri də əhatə edir.

Qərarda deyilir ki, 25 yanvar 2022-ci il tarixindən əvvəl ölkə daxilində dövlətə qarşı cinayət törədən bütün hərbçilər və ölkə xaricinə qaçan əsgərlər bağışlanır. Məlumata görə, bu qərar ölkədə müsbət dəyişikliyə səbəb ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR