Biabırçı görüntülər Bakının bu məktəbində çəkilibmiş -

Xəbər verdiyimiz kimi, 2 gündü sosial şəbəkələrdə məktəbdə şagirdlərin tərbiyəsizlik etməsi ilə bağlı görüntülər yayılıb. Hətta həmin görüntülərin başqa ölkədə çəkildiyini deyənlər belə var idi.

Metbuat.az xəbər verir ki, adı çəkilən görüntülər barədə Təhsil Eksperti Kamran Əsədov bildirib ki, həmin video Bakı şəhəri 165 saylı məktəbdə çəkilib:

"Məlum video 165 saylı məktəbdə çəkilib. Biz araşdırıb tapdıq. Dedim Təhsil Nazirliyinin də xəbəri olsun".

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi isə dünən həmin videonun Azərbaycanda çəkilməsinin öz təsdiqini tapmadığını açıqlamışdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR