Paşinyanın koronavirusa yoluxması FIRILDAQ ÇIXDI:

Dünən baş nazir Nikol Paşinyanın yenidən koronavirusa yoluxması faktı siyasi dairələrdə fəal müzakirə edilib və bu, şübhəli kimi qiymətləndirilib.

Metbuat.az xəbər verir ki, Baş nazirin dəftərxanasının verdiyi məlumata görə, Paşinyan simptomsuz infeksiya daşıyırsa, sual yaranır ki, o, niyə analiz vermədən koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb. Bir versiyaya görə, Paşinyan ya onun üçün arzuolunmaz olan rəsmi tədbirdə iştirakdan yayınır, ya da daha çox ehtimal edilən versiyaya görə, səbəb Ordu Gününün qeyd olunmasıdır.

Məlumat üçün bildirək ki, yanvarın 28-də Yerevanın İdman-Konsert Kompleksində müharibədən qayıdanların da iştirak edəcəyi tədbir nəzərdə tutulub. Bildirilir ki, Paşinyan istəyib ki, tədbirdə müharibə ilə bağlı hərəkətli səhnələr hazırlansın, lakin iştirakçılar razı olmayıb və Paşinyan adi görünən həmin tədbirdə şou olmadan iştirak etməyi məqsədəuyğun saymayıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR