"Şans bizə də gülər" -

Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununda 2:2 hesabı ilə heç-heçə edib.

Metbuat.az xəbər verir ki, İspaniya ilə keçirilmiş oyunda ikinci qolun müəllifi olan Azərbaycan millisinin hücumçusu İsa Atayevin görüşlə bağlı açıqlama verib:

"Gürcüstana 2:3 hesabı ilə uduzduğumuz ilk qarşılaşmada baş məşqçi mənə şans vemədi. Onun fikirlərinə hörmətlə yanaşırıq. Üçüncü matça tam hazır heyətlə çıxacağıq. İki oyunçumuz koronavirusa görə bizə qoşula bilməmişdi. Heyətimiz də tam deyildi. Üçüncü matçda qələbə qazanacağımıza ümid edirəm. Hələlik qrupdan çıxmaq üçün şansımız var. İnanıram ki, şans bizim tərəfimizdə olacaq".

Qeyd edək ki, hazırda qrupda 1 xalla üçüncü olan Azərbaycan seçməsi sonuncu matçını yanvarın 29-da Bosniya və Herseqovina ilə keçirəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR