Mikayıl Cabbarov: "Azərbaycanın sənaye zonalarında istehsal 88% artıb"

"2021-ci il ərzində sənaye zonalarında 2,4 mlrd. manat dəyərində məhsul istehsal edilib".

Metbuat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu rəqəm əvvəlki illə müqayisədə 88,3% çoxdur.

"Sənaye zonaları iqtisadiyyatın diversifikasiyasında, xüsusilə qeyrineft sənayesinin inkişafında mühüm rol oynayır. Ötən il sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15,5%-ə yüksəlib, qeyri-neft sənaye istehsalının artımındakı payı isə 30% təşkil edib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR