"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi" yaradıldı

Azərbaycanda "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi" yaradılıb.

Metbuat.az xəbər verir ki, bir qrup intellektual, savadlı gənclər "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin yaradılmasını elan edib. Mərkəzin verdiyi məlumata təşkilatın sədri politoloq Samir Hümbətov, sədrin birinci müavini Teymur Qasımlıdır. Təşkilatda bir neçə tanınmış politoloq və siyasi şərhçilər Turan Rzayev, Kenan Novruzov, Elnur Ənvəroğlu fəaliyyət göstərirlər.

Qeyd edək ki, qısa zamanda mərkəzin iclası keçiriləcək və orada nizamnaməyə uyğun olaraq həm struktur, həm də prioritet istiqamətlər müəyyənləşdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR