Bu gün həbs edilən "Hafka" KİMDİR? -

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur iş adamı Hafiz Məmmədov həbs edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, o, böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham edilib. Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Odur ki, sahibkar barədə həbs qətimkan tədbiri seçilib.

Metbuat.az Hafiz Məmmədovun tərcümeyi-halını təqdim edir:

Hafiz Məcid oğlu Məmmədov 2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı Institutunu mühasib ixtisası ilə bitirib. 1985-86-cı illərdə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin Sabunçu rayon şöbəsində mühasib vəzifəsində çalışıb. 1987-88-ci illərdə Naxçıvan MR-nın Yeyinti Sənaye Nazirliyində iqtisadçı vəzifəsində işləyib.

1988-92-ci illərdə Naxçıvan MR-nın Naxçıvan şəhərində Əmanətbank filialının kredit şöbəsinin müdiri vəzifəsində işləyib. 1992-95-ci illərdə "Sənan” kiçik müəssisəsində baş menecer, 1995-97-ci illərdə "Alfa plyus” Kommersiya Təşkilatında baş menecer, 1998-ci illərdə "Baghlan Traiding” şirkətinin direktorlar şurasının sədri vəzifələrində işləmişdir. 2001-ci ildən "Baghlan General Traiding” MMC- də baş menecer vəzifəsində fəaliyyətə başlayıb. 2003-cü ildən bu günədək "Baghlan Group FZCO”-nun prezidenti vəzifəsində çalışır. 2004-cü ilin noyabr ayından etibarən "Bakı” Futbol Klubunun prezidenti olub.

Rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir 3 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR