2021-ci ilin sonunda sənaye zonalarında ixracın həcmi 959,3 milyon manat təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu, ötən illə müqayisədə 2,7 dəfə çoxdur,
"Ötən il sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı 20,8%-ə çatıb ki, bu da 2020-ci il (11,4%) və 2019-cu il (9,6%) ilə müqayisədə daha yüksək göstəricidir. Qeyri-neft sənaye ixracında həmin göstərici 30,8% təşkil edir".