Ermənilər narahatdır:

“Rusiya Ermənistanın strateji müttəfiqidir. Rusiyanın zəifləməsi Ermənistan iqtisadiyyatına da ciddi təsir edə bilər”.

Metbuat.az xəbər verir ki, bu fikirləri erməni siyasi eksperti Vigen Akopyan “Hraparak”a müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Entoni Blinkenin son açıqlaması Rusiya-ABŞ danışıqlarını güc danışıqları kimi qiymətləndirilə bilər.

“Hər iki tərəf ictimaiyyət qarşısında barışmazdır, lakin mən hesab edirəm ki, bəzi kompromislər olacaq. Rusiya yazılı sənəd alıb, üstəlik, ABŞ sənədin dərc edilməməsini xahiş edir. Bu o deməkdir ki, sənəddə Rusiyanı qane edəcək müəyyən müddəalar var. Sanksiya hədəsinə gəlincə, bu yolla onlar rusların əl-qolunu bağlamaq istəyirlər. Sanksiyalar təkcə siyasi və iqtisadi xarakter daşımır, həm də Rusiya prezidenti Putinə qarşı yönəldilə bilər. Bu barədə ABŞ prezidenti Bayden bu yaxınlarda açıqlama verib. Bir cümlə ilə desək, sanksiyalar Rusiya üçün dəri gödəkçəsidir” deyə Viqen Akopyan fikrini yekunlaşdırıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR