Pakistanda şiddətli toqquşma:

Pakistanın Bəlucistan əyalətində terrorçularla toqquşma zamanı 10 hərbçi həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, çox sayda terrorçu bölgədəki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Toqquşma zamanı terrorçular 1 itki verib. Bir neçə terrorçu sağ ələ keçirilib. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, ordu nəyin bahasına olursa-olsun terrorçuları məhv etməkdə qərarlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR