Cüdo üzrə Bakı birinciliyinə start verilib

U-21 gənclər arasında cüdo üzrə Bakı birinciliyinə start verilib.

Metbuat.az xəbər verir ki, bu gün oğlanlar arasında -60 kq. (34 nəfər), -66 kq. (36 nəfər), -73 kq. (23 nəfər), -100 kq. (5 nəfər), qızlar arasında isə -44 kq. (1 nəfər) çəki dərəcələrində qaliblər müəyyən ediləcək.

Yarış Azərbaycan Cüdo Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Əsas məqsəd 25 - 27 fevralda keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimi, gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR