Bakıda 3000 manatlıq xalçalar oğurlandı

Bakıda 3 000 manat dəyərində iki xalça oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə Şüvəlan qəsəbəsindəki evlərin birindən yanvarın 19-dan 26-dək olan müddətdə xalçaların oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən şübhəli bilinən Bakı şəhər sakinləri E.Nəcəfov və K.Aşurbəyov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR