Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

2021-ci ildə Naxçıvan Muxtar Respublikasında 573 380,7 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 5,3% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, hesabat ilində diri çəkidə ət istehsalı 30 228,9 ton, süd istehsalı 88 564,1 ton olub. 2020-ci il ilə müqayisədə ət istehsalı 3,5%, süd istehsalı isə 1,4% artıb.
Ümumilikdə muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR