Ötən il ən çox ixrac əməliyyatları noyabrda aparılıb

2021-ci ildə Azərbaycanda ən çox ixrac əməliyyatları noyabrda aparılıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a bildirilib ki, keçən il ixrac əməliyyatlarının ən yüksək göstəricisi noyabr, ən aşağı göstəricisi isə mayda qeydə alınıb. Belə ki, noyabrda ixrac əməliyyatları 2 milyard 951,6 milyon ABŞ dolları, mayda isə 1 milyard 62,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, keçən il ölkədə ixracın dəyəri 22 milyard 206,6 milyon dollar olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR