Tanınmış boksçu intihar etdi

Ukraynalı tanınmış boksçu Vladimir Virçis intihar edib.

Metbuat.az xəbər verir ki, 49 yaşlı idmançının son vaxtlar depressiyadan əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, peşəkar boksda 1999-cu ildə debüt etmiş Virçis 2003-2004-cü illərdə ağır çəkidə IBF versiyası üzrə qitələrarası çempion olub. Boksçu bu uğurunu 2005 - 2006-cı illərdə WBO versiyası üzrə çempion olmaqla təkrarlayıb. Peşəkar rinqdə 27 döyüş keçirmiş mərhum idmançı 25 qələbə qazanıb, 2 dəfə isə məğlub olub.

Володимир Вірчис – У віці 48 років помер відомий український боксер


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR