TƏCİLİ: Silah dolu onlarla təyyarə Ukraynaya uçdu

ABŞ-dan Ukraynaya Amerika istehsalı silahlar daşıyan 45 təyyarə gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. “ABŞ-dan 200 milyon dollar məbləğində əlavə maddi-texniki yardımın tədarükü 45 təyyarə ilə həyata keçirilib”, - nazirlikdən bildirilib. Məlumata görə, hərbi yardıma müdafiə vasitələri daxildir: döyüş sursatı, hücum sistemlərinə qarşı silahlar, tank əleyhinə sistemlər və atıcı silahlar. MN Polşa və Baltikyanı ölkələrin də 2022-ci ildə Ukraynaya maddi-texniki yardım göstərmək barədə qərar qəbul etdiklərini xatırladıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR