Avropa çempionatı: Azərbaycan millisi həlledici oyuna çıxır

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Metbuat.az xəbər verir ki, komanda D qrupunun III turunda Bosniya və Herseqovinanı sınağa çəkəcək. Amsterdamdakı "Ziggo Dome" zalında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Görüşün baş hakimi isveçrəli Daniel Matkoviç olacaq.

Avropa çempionatı

D qrupu, III tur

29 yanvar

20:30 Azərbaycan - Bosniya və Herseqovina

Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)

Amsterdam. "Ziggo Dome"

20:30. Gürcüstan - İspaniya

Xal durumu: Gürcüstan - 6. İspaniya - 4. Azərbaycan - 1. Bosniya və Herseqovina - 0.

Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR