Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb.

Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 1.11% artaraq 1 barelə görə 91.03 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1.17% artaraq 87.84 dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR