"Azexport" portalına daxil olan ixrac sifarişləri azalıb

2021-ci il ərzində Azexport.az portalına 496,1 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, bu 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 18,9% azalıb.

2021-ci ilin dekabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 60,8 mln. dollar təşkil edib ki, bu da bu ilin noyabr ayı ilə müqayisədə 66,1% çoxdur.

2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 dekabr tarixinə kimi (60 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,7 mlrd. dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR