"Əl çəkin, cinsi həyatımız çox yaxşıdır" -

Uşaqlığından bu yana SMA xəstəliyi ilə mübarizə aparan Burkoula evli olan Hanna Eylvod münasibətləri haqqında mənfi rəy yazanlara üsyan edib. Hanna “Onun mənimlə bir yerdə olmasından narazılıq edirlər. Deyirlər ki, mən sağlam kişilərlə münasibət qurmalıyam. Amma bizim cinsi münasibətimiz çox yaxşıdır, artıq belə mənfi rəylər yazmaqdan əl çəksinlər” deyib.

Metbuat.az Olke.az-a istinadən xəbər verir ki, ABŞ-da yaşayan Şeyn Burkou adlı şəxs SMA xəstəliyi səbəbindən 2 yaşından bu yana əlil arabasına bağlı yaşayır. Əzələ xəstəliyindən əziyyət çəkən Şeyn axtardığı sevgisini illər sonra Hanna Eylvodda tapıb. Ancaq onların evliliyi müxtəlif təzyiqlərə məruz qalıb.

İnstaqram hesablarını aktiv istifadə edən cütlük tez-tez fotolarını paylaşırlar. Lakin onların münasibətlərinə fikir bildirənlər şərh yerinə mənfi rəylər yazırlar. Sosial şəbəkə istifadəçiləri qadının gözəl olduğunu və oğlanın ona layiq olmadığını qeyd edirlər.

Hanna isə bütün bunlardan qəzəblənərək sərt reaksiya verib. İngilis mətbuatına açıqlama verən gənc qadın əri ilə cinsi həyatının çox yaxşı olduğunu və bəzi kişilərin “o səni xoşbəxt edə bilməz” kimi sözlərinə əhəmiyyət vermədiyini bildirib.

Çıxışına davam edən Hanna “Ondan sadəcə cinsi münasibət istəyib-istəmədiyini soruşuram. Daha sonra isə bir-birimizi xoşbəxt edirik. Onun nə istədiyini və nədən zövq aldığını bilirəm. Zorakılıq edənlər artıq bizdən əl çəksinlər” deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR